2026-cı ildə Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü sağlamlıq üçün ən ciddi təhdidlərdən birinə – milyardlarla insana təsir edən və bütün dünyada ölüm hallarının 74%-nə səbəb olan qeyri-infeksion xəstəliklər zamanı tibbi yardımın təhlükəsizliyinə həsr olunubhəsr olunub və «Ömür boyu təhlükəsiz tibbi xidmət!» şüarı altında keçirilir. Qeyri-infeksion xəstəliklərə hər hansı bir yaşda inkişaf edə bilən və çox vaxt pasiyentin ömrü boyu fasiləsiz nəzarət tələb edən uzunmüddətli patologiyalar, xüsusən də ürək-damar, onkoloji, xroniki respirator xəstəliklər və şəkərli diabet daxildir.
Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasında keçirilən məşğələlər zamanı Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününün mövzusuna uyğun ölkəmizdə tətbiq edilən “Hamilə qadınlar və erkən yaşlı uşaqlara Universal-Proqressiv Patronaj Xidmət Modeli” barədə geniş məlumatlar təqdim edildi. Kafedranın dosenti Mətanət Qaraxanova patronaj xidmətinə daxil olan standartlaşdırılmış beynəlxalq İnkişafın dəsrəklənməsi və İzlənilməsi üzrə rəhbərlikdən(İDİR) istifadə etdikdə yüksək tibbi-sosial risk altında olan ailələri, anadakı depressiyanı, ailə zorakılığı əlamətlərini və ya uşaqdakı bioloji riskləri erkən aşkar edərək, gələcəkdə ağır xroniki patologiyaya çevrilə biləcək uzunmüddətli sağlamlıq zərərinin qarşısının alınması yollarından danışdı. Bu zaman hər bir uşağın təhlükəsiz tibbi yardım əldə etməsində pediatrların üzərinə düzən vəzifələr açıqlandı.