Əməkdaşımız Seul şəhərində keçirilən Kolorektal Beynəlxalq Tədqiqat Sammitində çıxış etdi

07.09.2026

4-6 sentyabr 2026-cı il tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Cənubi Koreya, Yaponiya, Sinqapur və Çin Kolorektal Cəmiyyətlərinin təşkilatçılığı ilə Kolorektal Beynəlxalq Tədqiqat Sammiti (İCRS 2026) keçirildi. Tədbir kolorektal xəstəliklər sahəsində dünyanın aparıcı cərrahlarını, onkoloqlarını və tədqiqatçılarını bir araya gətirdi. Sammitin əsas mövzuları kolorektal xərçəng, iltihablı bağırsaq xəstəlikləri, minimal invaziv və robotik cərrahiyyə, süni intellekt texnologiyalarının tibbdə tətbiqi və mikrobiom tədqiqatları olmuşdur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasının dosenti, tibb elmləri doktoru Aynur Safiyeva ölkəmizi bu mötəbər beynəlxalq tədbirdə yeganə azərbaycanlı alim kimi layiqincə təmsil edərək, “Kolorektal poliplərdə gender fərqliliyi” mövzusunda apardığı tədqiqat işinin nətcələrini Sammit iştirakçılarına təqdim etmişdir. Mətuzə maraqla qarşılanmış və mövzu ətrafında müzakirə baş tutmuşdur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu