Əməkdaşlarımız Azərbaycan Tibb Universitetində konfransda çıxış etdilər
08.07.2026
Azərbaycan Tibb Universiteti və Azərbaycan Stomatoloji Assosiasiyasının birgə təşkilatçılığı ilə ATU-da Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi.Tədbirdə çıxış edənlər siqaret və digər tütün məhsullarından istifadənin bu gün cəmiyyətin sağlamlığı üçün ən ciddi risk amillərindən sayıldığını qeyd edib, elektron siqaretlər və digər alternativ tütün məhsullarının da təhlükəsiz olmadığını söylədilər. Bu zərərli vərdişin ürək-damar, tənəffüs sistemi, ağız boşluğu, onkoloji xəstəliklərin yaranmasında, eləcə də immun sistemin zəifləməsində əsas səbəblərdən biri hesab olunduğu xüsusi qeyd olundu.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, t.e.d. Məhəmməd Davudov "Agız boşlugu selikli qişa xərcəngi -risk faktorları, prognostik faktorlar, müasir müalicə prinsipləri" və həmin kafedranın dosenti Lalə Quliyeva "Agzın selikli qişasının patologiyalarında tütün və alternativ nikotin sistemlərinin rolu: yeni patofizioloji baxışlar " movzusunda məruzələrlə çıxış etdilər. Məruzələr maraqla dinlənildi.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.