Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının 5-ci Beynəlxalq Konqresi keçirildi

22.06.2026

19-21 iyun 2026-cı il tarixlərində Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının (ADVA) 5-ci Beynəlxalq Dermatoveneroloqlar və Dermatokosmetoloqlar Konqresi keçirildi. Konqresdə 14 ölkədən 19 xarici və Azərbaycandan 20-dən çox məruzəçi iştirak etdi. Tədbirdə 400-dən çox iştirakçı qeydiyyatdan keçmişdi.
Açılış mərasimində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov, Romanın "G. Marconi" Universitetinin Dermatologiya və Venerologiya kafedrasının tam professoru və müdiri professor Torello Lotti, Qazaxıstan Elmlər Akademiyasının akademiki, Qazaxıstan Dermatovenerologiya Assosiasiyasının sədri professor Gülnar Batpenova və Gürcüstan Dermatovenerologiya Assosiasiyasının sədri professor Lali Mekokişvili çıxış edərək konqres iştirakçılarına uğurlu fəaliyyət arzuladılar. Mərasimdə Ə.Əliyev adına ADHTİ-nin dermatovenerologiya kafedrasının müdiri, Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının sədri Sənan Kərimova Sürix Universitetinin fəxri professoru adının verilməsi haqqında sertifikat təqdim olundu.
İlk İki gün ərzində elmi sessiyalarda dermatovenerologiya, dermatoonkologiya və dermatokosmetologiyanın müxtəlif problemlərinə dair 40-dan çox məruzə dinlənildi. İyunun 21-də isə dermatologiyada müxtəlif lazer texnologiyaları və dermatoskopiya üzrə master-klasslar təşkil edildi.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri, Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının sədri Sənan Kərimov, həmin kafedranın professoru Mir-Riad Cavad-zadə həm məruzəçi, həm də moderator, institutun pediatriya kafedrasının əməkdaşları dosent, t.e.d. Nailə Rəhimova və dosent Nigar Hacıyeva məruzəçi olaraq iştirak etdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu