Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasında kurslar başa çatdı
19.06.2026
“Davamlı təhsil, davamlı təlim” devizi altında həkimlərin bilik və bacarıqlarını artırmaq məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrası tərəfindən təşkil edilən EKQ, Holter EKQ, Exokardioqrafiya (təməl-orta və irəli səviyyə) və Transezofageal Exo (TEE) kursları müvəffəqiyyətlə başa çatıb. 20.04.2026 - 22.06.2026 tarixlərində keçirilən bu kurslarda 35 həkim praktiki və nəzəri biliklərin inkişafına yönəlik real klinik halların müzakirəsini aparıb və müasir diaqnostik metodların tətbiqini öyrəniblər.
Kurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən DTT balları verilməklə akkreditə olunub.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahovun kursu müvəffəqiyyətlə bitirən həkimlərlə görüşü oldu. Görüş zamanı çıxış edən kardioloqlar təlimin yüksək səviyyədə təşkil olunmasından razı qaldıqlarını söyləyib institut rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Onlar xüsusi qeyd etdilər ki,kursların praktik yönümlüyü onlara sonrakı fəaliyyətlərini müasir standartlara üyğun yerinə yetirməyə imkan verəcəkdir.
Görüşdə çıxış edən rektor professor Nazim Pənahov qeyd etdi ki, bu kurslar ilk dəfə təşkil olunub və institut rəhbərliyi, kardiologiya kafedrası əməkdaşları kurslara qatılan müdavimlərin proqramları daha yaxşı mənimsəməsi üçün lazım olan şəraiti yaratmağa çalışmışlar. Rektor təlimlərin institutun kliniki bazalarında Avropa Kardiologiya Cəmiyyətinin yetərlilik sertifikatını almış təlimçilər tərəfindən aparılmasını xüsusi vurğuladı. Bidirildi ki, yaxın gələcəkdə kardiologiyanın digər sahələrini əhatə edəcək yeni aktual mövzuların da təlimləri keçiriləcəkdir.
Sonda kursu müvəffəqiyyətlə bitirən iştirakçılara serifikatlar təqdim edildi.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.