14 İyun Ümumdünya Qan Donoru Günü qeyd edildi

14.06.2026

Hər il dünyada 14 iyun Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Həmin gün bir daha vurğulanər ki, hər bir donorluq tibbi aktdan daha üstün bir məna kəsb edir: o, həmrəyliyin, mərhəmətin və kollektiv məsuliyyətin güclü bir təzahürüdür. Bu il Ümumdünya Qan Donoru Gününün mövzusu “İnsanlığın bir damlası: qan ver, həyat xilas et!” ifadəsi olmuşdur.
Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasında “Qan dövranı xəstəlikləri” kursunda bu mövzuya xüsusi yer ayrılıb. Həmin kursda kafedranın dosenti Mətanət Qaraxanova müdavimlərə Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz və adekvat qan tədarükünün təmin edilməsi, davamlı və keyfiyyətli qan xidmətlərinin cəmiyyətin sağlamlığında, habelə fəlakətlərə hazırlıqda və onlara qarşı cavab tədbirlərinin görülməsində mühüm rol oynadığı barədə məlumatları təqdim etdi. Bunlarla yanaşı təqdimatda qanın bir çox müxtəlif məqsədlər üçün istifadə edilməsi, o cümlədən cərrahiyyə əməliyyatına məruz qalan pasiyentlərə kömək edilməsi, anemiya və malyariya kimi xəstəliklərin müalicəsi, kimyaterapiya alan pasiyentlərə qulluq göstərilməsi, doğuş zamanı fəsadları olan qadınlara dəstək verilməsi və digər mühüm məqamlar barədə də məlumatlar verildi. Bir daha qeyd edildi ki, qan donorluğu bir həmrəylik aktıdır və tibb işçiləri könüllü təmənnasız qan donorluğunun inkişafında vacib rol oynayırlar.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu