8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə, TƏBİB, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası və “Ascent” şirkətinin dəstəyi ilə Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın elmi hissəsində Azərbaycan, Türkiyə və Böyük Britaniyanın aparıcı tibb müəssisələrində çalışan mütəxəssislər təqdimatlarla çıxış etmişlər.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva “Mamalıq patalogiyaları” mövzusunda olan birinci paneldə moderatorluq etmiş, “Ginekologiyada müasir müalicələr” mövzusunda ikinci paneldə “Uşaqlıq boynu patologiyalarına müasir baxış” mövzusunda təqdimatla çıxış etmişdir.
Konfransda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları da təşkil olunmuş idi.