Əməkdaşlarımız Səmərqənd şəhərində ÜST tərəfindən təşkil olunmuş seminarda iştirak ediblər

22.12.2025

Özbəkistan Respublikasının Səmərqənd şəhərində 16.12.25-18.12.25 tarixində Mərkəzi Asiya və Qafqaz ölkələrində ağız boşluğunun sağlamlığının muhafizəsi sisteminin 2030-cu ilə qədər müəyyən edilmiş səhiyyə hədəflərunə uyğun vəziyyətə gətirilməsi üzrə ÜST tərəfindən təşkil olunmuş subregional işçi seminarı keçirilib. Görüşün əsas məqsədi əldə olunmuş nəticələri möhkəmləndirmək və region ölkələrinə texniki dəstək göstərmək olub. Seminarın 1-ci günü müxtəlif regionlarda olan oxşar cəhətlər və problemlər, 2-ci günü qeyri-infeksion xəstəliklər, ümumi səhiyyə xidmətləri, ilkin tibbi-sanitar yardım və ağız boşluğunun sağlamlığı sahəsində strategiyalarla əlaqə, 3-cu günü yeni tövsiyələrin mərhələli inteqrasiyası üzrə moderasiya, ÜST prioritetləri, xidmət paketləri və stomatoloji yol xəritələri müzakirə olunub. Tədbir çərçivəsində ÜST-ün qlobal və regional strategiyaları, monitorinq və qiymətləndirmə alətləri təqdim olunmuş, həmçinin ağız boşluğunun mühafizəsinə aid stomatoloji yol xəritələrin tərtib edilməsi, yeni prioritetlərin yaranması və onların ölkə üzrə hansı yolla icra edilməsi müzakirə olunub. ÜST-n təşkil etdiyi çoxölkəli seminarın rəhbəri Yelena Tsoy tərəfindın dünyada ağız boşluğu ilə bağlı yenilənmiş məlumatlar və 2030-cu il üzrə “Ağız boşluğunun mühafizəsi üzrə Qlobal strategiya” təqdim edilub. Tədbirdə Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz- çənə cərrahiyyəsi kafedrasının dosenti Quliyeva Lalə və dosent Həsənova Günay iştirak edib, aparılan müzakirələrdə regionumuzdakı vəziyyət haqqında məlumat vermişlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX