Ə.Əliyev adına ADHTİ-nin 90 illik yubileyinə həsr olunmuş konqres öz işini başa çatdırdı 20.12.2025
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsinə və ölkəmizin təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən ali təhsil müəssisəsidir. Yarandığı gündən keçən 90 il ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 19.12.2025-20.12.2025-ci il tarixində keçirilən Ə.Əliyev adına ADHTİ-nin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konqresin də gündəliyinin əsas mövzusu qazanılmış elmi nailiyyətlərin ölkəmizin tibb ictimaiyyətinə təqdim edilməsi olmuşdur.Konqres bu gün öz işini davam etdirdi.Tədbirin ikinci gününün açılış mərasimində institutun rektoru professor Nazim Pənahov bir daha Ə.Əliyev adına ADHTİ- nin bu illər ərzində əldə etdiyi nailiyyətlərdən ətraflı danışdı və institutun inkişafı üçün planlaşdırılan işlər haqqında məlumat verdi. Bir daha Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilən dəstək üçün minnətdarlıq bildirildi.
Konqres iştirakçılarına institutun tarixinə və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Sonra konqres öz işini həmin günə planlaşdırılmış 1 plenar iclas və 5 elmi paneldə 68 alimin öz elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi.
Bununla da Ə.Əliyev adına ADHTİ-nin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konqres öz işini müvəffəqiyyətlə başa çatdırdı.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|