Ə.Əliyev adına ADHTİ ilə Çex Respublikası Həkimlərin və Əczaçıların Təkmilləşdirilməsi İnstitutu arasında mövcud olan Akademik Əməkdaşlıq haqqında Razılaşma fəaliyyətdədir

20.12.2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillədirmə İnstitutunun rektoru professor Nazim Pənahov ilə institutun 90 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çex Respublikası Həkimlərin və Əczaçıların Təkmilləşdirilməsi İnstitutunun Xarici işçilərin təhsili şöbəsinin rəhbəri Nikola Dopitova arasında görüş keçirildi. Görüş zamanı Azərbaycanda və Çex Respublikasında diplomdan sonrakı tibb təhsilinin mövcud vəziyyəti, diplomdan sonrakı davamlı tibb təhsili üzrə fəaliyyətlərin akkreditasiyası sistemlərinin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq, iki qurum arasında elmi-tədqiqat layihələrində qarşılıqlı faydalı əməkdaşlıq, birgə (kooperativ) tədqiqatların perspektivləri müzakirə olundu. Eyni zamanda tərəflər hər iki respublikada səhiyyənin inkişafı, İctimai Səhiyyənin İdarəedilməsi (Master of Public Health) proqramı üzrə birgə təlimlərin keçirilməsi perspektivləri, müəllim və rezidentlərin qarşılıqlı mobilliyi, tərəflər arasında artıq mövcud olan Akademik Əməkdaşlıq haqqında Razılaşmanın bəndlərinin həyata keçirilməsi kimi məsələləri də müzakirə etdilər və müvafiq Memorandum imzaladılar.
Görüş çox məhsuldar və qarşılıqlı anlaşma şəraitində keçirildi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX