Ə.Əliyev adına ADHTİ-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan iclas keçirildi

10.12.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillədirmə İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan rektorluğun iclası keçirildi. İclası institutun rektoru professor Nazim Pənahov giriş sözü ilə açaraq tədbirin Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunduğunu bildirdi.
İclas iştirakçıları Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad etdi.
Çıxışına davam edən rektor müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin dünyanın nadir siyasətçilərindən biri olduğunu qeyd etdi və Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Sonra professor Nazim Pənahov qeyd etdi ki, Azərbaycan xalqı hər il Ümummilli Liderini dərin ehtiram və minnətdarlıq hissi ilə anır. Ulu Öndərin əziz xatirəsi hər zaman yaddaşlarda qalacaq, onun göstərdiyi yol heç vaxt unudulmayacaqdır.
Rektor sözunə davam edib vurğuladı ki, bu gün ölkəmizdə Heydər Əliyev ənənələri davam edir və həmin kursun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çeviribdir. Azərbaycan bir çox sahədə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkə olmuşdur. Bu nəticənin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.
İclasda çıxış edən Ə.Əliyev adına ADHTİ-nin hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib onun Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı.
Ə.Əliyev adına ADHTİ-nin prorektoru t.e.d. Adilə Rzayeva çıxış edib bildirdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir.
İclasın sonunda çıxış edən rektor professor Nazim Pənahov bir daha qeyd etdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi hamımız üçün tükənməz ibrət məktəbidir və onun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX