6 dekabr 2025-ci il tarixində Bakı şəhərində 2-ci Azərbaycan Milli Revmatologiya Konqresi keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universitetinin dəstəyi və Azərbaycan Revmatoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn konqresdə ümumilikdə 250-dən çox yerli və xarici qonaq iştirak etdi. Konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq, eləcə də xarici həmkarlarla elmi-praktik əlaqələrin genişləndirilməsi idi. Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulandı.
Konqresdə Ə.Əliyev adına ADHTİ-nin hematologiya kafedrasının assistenti, t.ü.f.d. Mehparə Kazımova “Hemofilik artropatiyalar-müasir müalicə tendensiyaları” mövzusunda çıxış etdi. ”Hər artropatiya revmatoloji deyil!” şüarı ilə çıxışında M.Kazımova hemofiliyanın geniş yayılmış ağırlaşması olan oynaq patologiyalarının patogenezi, klinik gedişi haqda məlumat vermis, erkən müdaxilənin və müalicədə multidissiplinar yanaşmanın vacibliyini qeyd etmişdir. Əməkdaşımızın çıxışı maraqla qarşılandı.