Ə.Əliyev adına ADHTİ-də “Tibb elmlərinin tədrisi” adlı növbəti kurs başa çatdı

05.12.2025

2024-cü ildən başlayaraq Ə.Əliyev adına ADHTİ-nin səhiyyənin təşkili və menecmenti, pedaqogika kursu ilə kafedrasının tədris planına “Tibb elmlərinin tədrisi” adlı kurs daxil edilmişdir. Kursun məqsədi tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsidir.
Növbəti 17-ci kurs 24.11.2025-05.12.2025-ci il tarixində baş tutdu. 8 nəfər təlimçilər tərəfindən həyata keçirilən bu kursda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən 5 nəfər, Gəncə Tibb Kollecindən 4 nəfər və Ə.Əliyev adına ADHTİ-nin mamalıq və ginekologiya, ortodontiya, kliniki laborator təbabəti kafedrası, patoloji anatomiya və məhkəmə tibbi-ekspertiza kafedralarından 4 nəfər tibb tədrisçiləri iştirak etmişlər.
10 gün ərzində iştirakçılar tibb tədrisində istifadə edilən proqram modelləri, üsullar və texnikalara dair bilik və bacarıqlara yiyələnmişlər. Təlimdə iştirakçılara praktiki tapşırıqların tədbiq olunmasına və onların nümayişinə şərait yaradılmışdır. Təlimin son günündə iştirakçılar kursun onlar üçün çox maraqlı və faydalı olduğunu qeyd etmiş və təlimdə əldə etdikləri tədrisdə yeni yanaşmalara dair bilik və bacarıqları öz fəaliyyətlərində tədbiq edəcəklərini səsləndirmişlər.
Bu kursların il ərzində davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX