Zəfər Günü bayramınız mübarək!

08.11.2024

Dörd il öncə 8 noyabr tarixində Azərbaycan xalqı 44 günlük müharibə nəticəsində öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Keçən il isə qısamüddətli antiterror əməliyyatı ilə vətənimizin ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Bu böyük qələbə günü münasibəti ilə sizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!
Bu tarixi zəfər Azərbaycan Ordusunun, onun Ali baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan xalqının nə qədər güclü, nə qədər mətin, nə qədər mübariz olduğunu bir daha bütün dünyaya sübut etdi. Bu zəfər bir daha təsdiq etdi ki, Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.
Şanlı qələbənin qazanılmasında ölkə tibb işçilərinin də böyük rolu olmuşdur. İstər döyüşlər zamanı, istərsə də arxa cəbhədə məhz institutumuzun müdavimləri olmuş həkimlərimizin fədakarlığı sayəsində xeyli sayda yaralılar həyata qayıtmışdır. Onlar bir əlində həkim çantası, o biri əlində isə silah düşmənlərlə döyüşüb, müqəddəs həkimlik peşəsini layiqincə yerinə yetirib, xalqımıza Zəfər Gününün sevincini yaşadıblar. İnstitutumuzun cərrahiyyə fakültəsi kafedralarının əməkdaşlarının həm cəbhədə, həm də bilavasitə iş yerlərində apardıqları əməliyyatlar neçə-neçə döyüşçülərimizin həyatını xilas etmişdir.
Xalqımızın tarixində ən əziz və ən müqəddəs bayramlardan biri olan Zəfər Günü bayramınız mübarək olsun!

Ə.Əliyev adına ADHTİ-nun rektoru
professor Nazim Qasımov







Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX