Əməkdaşımız Vyana şəhərində UEGW-2024 konqresində iştirak etmişdir

16.10.2024

12-15 oktyabr 2024-cü il tarixində Avstriyananın paytaxtı Vyana şəhərində Avropa gastroenterologiya həftəsi (UEGW-2024) keçirilmişdir. Bu konqres Avropa Qastroenterologiya Cəmiyyətinin rəsmi tədbiri olmasına baxmayaraq, artıq uzun illərdir ki, bütün dünya qastroenteroloqlarının əsas elmi toplantılarından hesab edilir. Ənənəvi olaraq Avropa gastroenterologiya həftəsinin ilk günü diplomdansonrakı təhsilə həsr edilmişdir və son bir il ərzində dünyada həzm sisteminin xəstəlikləri və onların menecmentinə həsr edilmiş klinik tövsiyələrin təhlili ilə yanaşı endoskopik treninqlərin də aparılması ilə yadda qalmışdır.
Konqresdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva təmsil etmişdir. Onun apardığı elmi-tədqiqat işinin nəticələrinə həsr edilmiş poster-məruzəsi maraqla qarşılanmışdır.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX