İnstitutun əməkdaşları üçün “Əlilliyin dərki” adlı təlim keçirildi

23.04.2024

Azərbaycanda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icrası olduğu bəndlərdə tibb işçilərinin davamlı şəkildə bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi yer alır. Burada “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın icrası ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlərə həkim və digər tibb mütəxəssislərinin yardım göstərməsinə dair mövzuların keçirilən təkmilləşdirmə kurslarında proqrama salınaraq tədris edilməsi yer almalıdır. Bu məsələlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yaradılmış təlimlər üzrə işçi qrup tərəfindən davamlı şəkildə nəzərdə saxlanılır. İşçi qrupun qərarı əsasında 2024-cü il 23 aprel tarixində institutda kafedra nümayəndələri üçün “Əlilliyin dərki” adlı təlim keçirilmişdir. Təlim “Müstəgil Həyat Tərzi” İB sədri, əlillik məsələləri üzrə ekspert, World Disability Union-un İdarə Heyətinin üzvü Aydın Xəlilov tərəfindən keçirilmişdir. Texniki dəstək “Sağlamlığa xidmət”İB tərəfindən olunmuşdur.
Təlimin məqsədi- tibb işçilərinin əlilliyi olan şəxslərin hüquqlarına hörmət və əlillik zəminində heç bir ayrıseçkiliyə yol vermədən yardım göstərilməsinə, bu sahədə ünsiyyətə dair bilik və bacarıqlarını təkmilləşdirmək yolu ilə müsbət yanaşmanı formalaşdırmaqdır.
Təlimdə əlilliyi müəyyən edilən meyarlar, ünsiyyətin qurulması xüsusiyyətləri,tibbi və sosial modellər, əlillik etiketi və davranış qaydaları, inklüziya və müstəqil həyat, multisektoral xidmətlərin müyəssərliyi və digər mövzular ətrafında təqdimat və qrup çalışmaları yer almışdır. Təlimdə institutun terapiya, pediatriya, ailə təbabəti, psixiatriya, nevrologiya, yolxucu xəstəliklər, səhiyyənin təşkili və menecmenti, mama-ginekologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, urologiya və operativ nefrologiya, hematologiya və əczaçılıq kafedralarının əməkdaşları ilə yanaşı vərəm dispanserlərinin həkimləri,“Vərəmsiz gələcəyə doğru” İB nümayəndəsi də iştirak etmişlər. Təlimin sonunda iştirakçılar onun maraqlı keçdiyini və onlar üçün əhəmiyyətli olduğunu vurğulayaraq, bu kimi başqa sosial və təhsil yönümlü qurumlarla birgə təlimlərin keçirilməsinin də maraqlı olacagını qeyd etmişlər.
İnstitutda təkmilləşdirmə kurslarının proqramlarına bu səpgidə yeni mövzuların salınmasına dair fəaliyyətlər davam edir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX