2021-ci ildən başlayaraq ÜST Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Bu tədbirlərə aid olan “Tədrisçilərin inkişafı proqramı” ATU və Ə.Əliyev adına ADHTİ kafedralarının müəllim heyəti üçün keçirilir. Kursun məqsədi tibb tədrisçilərinə yeni bilik və bacarıq qazandırmaq, bu sahədəki insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır.
İnstitutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və baş laborantı Məsmə Quliyeva, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Ayşən Qasımova, baş laborantları Pərvanə Əhədova və Şəfa İbadullayeva, mikrobiologiya və epidemiologiya kafedrasının assistentləri Sahib Kərimov və Emin Dadaşov, əczaçılıq kafedrasının baş laborantı Nurlanə Hacılı, ailə təbabəti kafedrasının assistenti Dinar Qəhrəmanova və dəri-zöhrəvi kafedrasının baş laborantı Samirə Teymurova bu kursun təlimçiləri kimi cəlb olunmuşlar.
Həmin kurs 05-13.09.2023-cü il tarixlərində Ə.Əliyev adına ADHTİ-nun pediatriya, terapiya, dəri-zöhrəvi, travmatologiya, səhiyyənin təşkili və menecmenti, psixiatriya kafedraların əməkdaşları üçün baş tutmuşdur.
7 gün ərzində, kursun proqramına əsasən müxtəlif kafedralardan olan 13 nəfər iştirakçılara tədris prossesinə dair mövzulara aid təqdimatlar və praktiki məşğələlər keçirilmişdir. Nəticə olaraq, kursun sonunda, iştirakçıların hər biri öz ixtisasına aid olan mövzu ilə əlaqədar əldə edilən tədris metodikalarının tədbiqini nümayiş etdirmişdir.
Kursun son günündə iştirak edən ÜST Azərbaycan Nümayəndəliyinin ekspertləri Sevgi Turan (Türkiyyə, Ege Unuversiteti) və Nilüfər Məmmədova (Azərbaycan, ATU) bu kursun tədris fəaliyyətinə böyük xeyir verəcəyini söyləmiş və kursun davamlı olacagını nəzərə çatdırmışlar.
İştirakçılara kursun uğurlu bitirilməsi haqqında müvafiq sertifikat təqdim olunmuşdur.