İnstitutun rektoru professor Nazim Qasımovla Çex Respublikası Həkimlərin və Əczaçıların Təkmilləşdirilməsi İnstitutunun direktoru xanım İrena Marjikova arasında görüş keçirilib

30.05.2023

30 may 2023-cü il tarixdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımovla Çex Respublikası Həkimlərin və Əczaçıların Təkmilləşdirilməsi İnstitutunun direktoru xanım İrena Marjikova arasında görüş keçirilib. Online formatda keçirilən görüşdə ADHTİ-nin rezidentura üzrə prorektoru İlqar Həsənov, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Vəfa Abdullayeva, eləcə də HƏTİ-nin tədris üzrə direktor yardımçısı Sonya Qridliçkova və Beynəlxalq Əlaqələr üzrə məsul işçisi Mariya Ponomarenko iştirak ediblər.

Görüşdə aşağıdakı məsələlər müzakirə edilib:

1. Müxtəlif ixtisaslar üzrə diplomdan sonrakı davamlı tibb təhsili sahəsində təcrübə mübadiləsi;
2. Müəyyən dövr üçün rezident həkimlər və kursant həkimlərin mübadiləsi perspektivləri;
3. Diplomdan sonrakı davamlı tibb təhsili üzrə fəaliyyətlərin akkreditasiyası sistemlərinin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq (konfranslar, seminarlar, təlim kursları, treninqlər və s.);
4. İki qurum arasında elmi-tədqiqat layihələrində qarşılıqlı faydalı əməkdaşlıq, birgə (kooperativ) tədqiqatların perspektivləri;
5. Həkimlərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üçün tədris planlarının, materialların mübadiləsi.

Bundan əlavə, tərəflər hər iki respublikada səhiyyənin inkişafı, İctimai Səhiyyənin İdarəedilməsi (Master of Public Health) proqramı üzrə birgə təlimlərin keçirilməsi perspektivlərini və müəllim və rezidentlərin qarşılıqlı mobilliyi məsələlərini də ətraflı müzakirə ediblər. Görüş çox məhsuldar və qarşılıqlı anlaşma şəraitində keçirilmişdir.
Görüşün sonunda tərəflər əməkdaşlıq haqqında Anlaşma Memorandumunun ilkin versiyasının hazırlanması haqqında razılığa gəlmişdilər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX