Əməkdaşlarımız “16-cı Ege Dermatoloji Günləri” kongresində iştirak etmişlər

15.05.2023

Türkiyənin İzmir şəhərində 09-13 may 2023-cü il tarixində “16-cı Ege Dermatoloji Günləri” kongresi keçirilmişdir. Konqresdə dünyanın 10 ölkəsindən 700-dən çox dermatoveneroloq iştirak etmişdir. Artıq 16-cı dəfə keçirilən kongresin dermatovenerologiyanın aktual problemlərinə həsr olunmuş çox maraqlı proqramında 150-dən çox məruzə dinlənilmişdir. Ölkəmizi konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kavedrasının müdiri Sənan Kərimov və həmin kafedranın professoru Mir-Riad Cavadzadə təmsil etmişlər. Onların “Psoriaz və metabolik sindrom” və “Ureaplazmoza müasir yanaşma” mövzusunda məruzələri maraqla qarşılanmışdır. Professor Sənan Kərimovun sədrlik etdiyi “Beynəlxalq Dermatoloji Cəmiyyət” iclasında gündəmdə olan dermatoloji xəstəliklərə müasir baxışlar mövzusu ətrafında müzakirələr aparılmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX