Otorinolarinqologiya kafedrası “Revizion septorinoplastika” mövzusunda treninq keçirmişdir

11.03.2023

10 mart 2023-cü il tarixində Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun otorinolarinqologiya kafedrası tərəfindən “Revizion septorinoplastika” mövzusunda treninq keçirilmişdir. Kafedranın tədris hissə müdiri dosent Akif Əfəndiyevin giriş nitqindən sonra assistent t.ü.f.d. Məzahir Quliyev insan burnunun kliniki anatomiyası və fiziologiyası haqqında məlumatları əhatə edən mühazirə ilə çıxış etmişdir. Sonrakı dərsdə septorinoplastika əməliyyatında diqqət çəkən məqamlar, əməliyyatın klassik gedişatı, üzə çıxan çətinliklər və diqqət ediləcək məsələlər haqqında ətraflı məlumat verilmişdir. Məruzə mövzuya aid klinik halların müzakirəsi ilə davam etdirilmiş, ayrı-ayrı xəstələrdə nəzərdə tutulmalı olan əsas məqamlar həkim-dinləyicilərin nəzərinə çatdırılmışdır. Sonda revizion septorinoplastika üsulları barədə də geniş məlumat verilmiş, kliniki hallar təqdim edilmiş, cərrahiyyə otağından görüntülər göstərilmişdir.
Treninq, iştirakçılar tərəfindən maraqla qarşılanmış, iştirak edən müdavimlər və rezidentlər aktiv olaraq müzakirələrdə iştirak etmiş və sonda bu cür treninqlərin davamlı keçirilməsini rica etmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX