Avropa Kron xəstəliyi və xoralı kolit təşkilatının (ECCO) növbəti kongresi keçirilmişdir

05.03.2023

01-04 mart 2023-cü il tarixində Danimarkada, Kopenhagen şəhərində Avropa Kron xəstəliyi və xoralı kolit Təşkilatının (ECCO) növbəti kongresi keçirilmişdir. Sayca XVIII olan bu beynəlxalq tədbir 2020-ci ildən sonra ilk dəfə canlı formatda təşkil olunmuş və son 3 ilin elmi-tədqiqatlarını işıqlandırmışdır. Konqresin elmi fəaliyyəti ilə yanaşı ECCO nəzdində postdiplom tədris kursları da keçirilmişdir. Tədbirdə Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşı dosent Babayeva Gülüstan “Eosinophilic inflammation as an indicator of the activity of the course of Inflammatory Bowel Diseases” adlı poster prezentasiyası ilə kongresin elmi programı daxilində iştirak etmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX