25 fevral 2023-cü il tarixində Quba şəhərində Azərbaycan Pediatriya Cəmiyyətinin regional iclası baş tutdu. İl ərzində 4 regional iclasın keçirilməsi planlaşdırılıbdır. Növbəti iclaslar Gəncədə, Şəkidə və Lənkaranda keçiriləcəkdir. İclasların məqsədi regionlarda çalışan pediatrlara elmi araşdırmalarla sübut olunmuş sübutlu təbabətin vacibliyini göstərmək və pediatriyada aktual olan problemlərin müzakirəsidir.
Tədbirdə Bakı, Quba, Gəncə və Salyandan 90 nəfər pediatr iştirak etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova və TƏBİB-in ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva da iclasda iştirak etmişdirlər.
Toplantı zamanı 9 məruzə təqdim olundu. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Qıcıqlanmış bağırsaq sindromunu necə tanıyaq" və "Tənəffüs yollarının virus infeksiyalarında alternativ müalicə üsulu" mövzularında təqdimatla çıxış etmişdir. Mətuzələr ətrafında diskussiya aparılmışdır.