Ə.Əliyev adına ADHTİ ilə Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi arasında müqavilələr imzalandı

21.02.2023

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Davamlı Tibbi Təhsilin fasiləsizliyinin təmin olunması üçün diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar aparılır, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Bu məsələlərin həll edilməsi üçün institut müdavimlərinin praktik hazırlığına xüsusi fikir verilir. Həmin iş institutun kiniki bazalarında həyata keçirilir. Uzun illərdir ki, Respublaknın aparıcı tibb müəssisələrinin bir çoxu institutun kliniki bazası kimi fəaliyyət göstərmişlər. Hal-hazırda qanunvericilikdə baş vermiş dəyişikliklər nəticəsində həmin bazalarla bağlanmış müqavilələrin yenilənməsinə zərurət yaranmışdır. Qarşılıqlı əməkdaşlıq haqqında ilk müqavilələr akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzinin 3 saylı Şəhər Klinik Xəstəxanası ilə bağlanmışdır.
Müqavilələr həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasını, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsil sistemi prinsiplərinə uyğunlaşdırılmasını, rezidentura və doktorantura təhsili alan həkimlərin həmin tibb müssisələrində təcrübə keçmələri ilə yanaşı,institutun həmin bazalarda yerləşən kafedra əməkdaşlarının müalicə və konsultasiya yardımının aparılmasında yaxından iştirakını nəzərdə tutur.
18 fevral 2023-cü il tarixində Ə.Əliyev adına ADHTİ-də akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə müqavilənin imzalanması tədbirində institutun rektoru professor Nazim Qasımov çıxış edərək bildirdi ki, mövcud olduğu illər ərzində institutun Respublikamızın səhiyyəsinin inkişafında rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. Bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Bu işlərin həyata keçirilməsi üçün ölkəmizin praktiki səhiyyəsində önəmli yer tutan tibb müəssisələri ilə birgə fəaliyyət göstərmək vacib şərtlərdəndir və bağlanan müqavilələr bu işin qanuni əsaslarını yaradır.
Çıxış edən akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qarşılıqlı əməkdaşlığın səhiyyənin inkişaf etdirilməsi, xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması, rezident və doktorantların təcrübə keçmələrinin onların bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi üçün önəmli olduğunu qeyd etdi.
Ertəsi gün Ə.Əliyev adına ADHTİ ilə Sabunçu Tibb Mərkəzinin 3 saylı Şəhər Klinik Xəstəxanası ilə də müqavilə imzalanması mərasimi baş tutdu. Müqaviləni Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov və Sabunçu Tibb Mərkəzinin direktoru Fikrət Zeynalov imzaladılar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX