ELAN! Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir

16.01.2023

28 aprel 2023-cü il tarixində görkəmli alim akademik Zərifə xanım Əliyevanın anadan olmasından 100 il keçəcəkdir. Ən yüksək keyfiyyətlər - səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, xalqına və Vətəninə sönməz məhəbbət Zərifə xanım Əliyevaya xas cəhətlər idi. O bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuşdur. Zərifə xanım Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur.
Akademik Z.Ə.Əliyevanın elmi fəaliyyətinin uzun dövrü Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrası ilə bağlı olmuşdur. O, həmin kafedranın assistenti vəzifəsindən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
20 aprel 2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli alim akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Rusiyadan dəvət edilmiş alimlərin iştirakı ilə elmi-praktiki beynəlxalaq konfrans keçiriləcəkdir.Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır. Məqalələr və tezislər azərbaycan, rus və ya ingilis dillərində 30 yanvar 2023-ci il tarixinə kimi qəbul edilir. Məqalələrin həcmi 3, tezislərin həcmi isə 1 səhifədən çox olmamalıdır: A4 formatda, boş sahələr hər tərəfdən 2,5 sm, şrift 14, Times New Roman, interval 1 şərtlərinə cavab verməlidir. Məqalələr və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında, məqalələrin xülasəsi ilə birgə təqdim olunmalıdır.

Ünvan: AZ1012, Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 3165, ADHTİ.
Elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev.
Telefon: (+994) 12 431-01-82.
E-mail: aadhti@mail.ru




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX