Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

29.11.2022

29 noyabr 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi.
İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. İnstitutda nizam-intizam və davamiyyət haqqında. Kafedralarda praktik dərslərin keçirilməsinin mövcud klinik baza imkanlarına dair.
Məruzəçilər: dekan dosent Z.M.Quliyeva; dekan dosent S.Z.Əliyev; dekan t.ü.f.d. F.M.Axundova

2. Rezidentlərin dövrü və yekun attestasiyasının nəticələri və davamiyyəti haqqında.
Məruzəçi: A.R.Hüseynova

3. Tədris ilinin 1-ci yarısı üçün planlaşdırılmış treninqlər haqqında. 2023-cü il ərzində icra olunacaq Dövlət Proqramlarına dair.
Məruzəçi: prorektor dosent T.H.Eyvazov

4. 2023-cü ilin 1-ci yarısı üçün planlaşdırılmış Elmi paktiki konfranslar haqqında.
Məruzəçi: rektor professor N.A.Qasımov

5. Əczaçılıq kafedrası üzrə ə.ü.f.d. E.M. Ağayevə dosent elmi adının verilməsi.
6. Pedaqogika, psixologiya, xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrası üzrə t.e.d. H.İ. İbrahimliyə professor elmi adının verilməsi.
7. Mamalıq və ginekologiya kafedrası üzrə t.e.d. P.M. Əliyevaya dosent elmi adının verilməsi.
8. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası üzrə t.ü.f.d. L.X. Quliyevaya dosent elmi adının verilməsi.
9. Şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri vəzifəsinə seçki.
10. METL-in nəzdində Hemodializ laboratoriyasının müdiri vəzifəsinə seçki.
11. Terapiya kafedrasının professoru vəzifəsinə seçki.

I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva, cərrahiyyə fakültəsinin dekanı dosent Səid Əliyev, tibbi profilaktika fakültəsinin dekanı t.ü.f.d. Fidan Axundova çıxış edərək kafedralarda davamiyyətin yoxlanması üçün aparılmış yoxlamaların nəticələri haqqında və tətbiq olunmuş nizam-intizam tədbirləri barəsində məlumat vermişlər. Ayrıca kafedralarda praktik dərslərin keçirilməsinin mövcud klinik baza imkanlarına dair də məlumatlar Elmi Şura üzvlərinin nəzərinə çatdırılmışdır.
II məsələ üzrə rezidentura şöbəsinin müdiri Arzu Hüseynova çıxış edərək rezidentlərin dövrü və yekun attestasiyasının nəticələri və davamiyyəti haqqında məlumat verdi. O bildirdi ki, dövri attestasiya imtahanına 30 ixtisas üzrə 205 həkim-rezident buraxılmışdır. 2 həkim-rezident isə illik rotasiya proqramlarını tamamlamadıqları üçün imtahana buraxılmamışlar. İmtahanda iştirak edənlərdən nefrologiya ixtisası üzrə 3 həkim-rezidentimiz keçid balını yığmayaraq attestasiyadan keçə bilməyiblər. 4 həkim-rezident müxtəlif səbəblərdən imtahanda iştirak etməyiblər. 5 həkim-rezident xaricdə rotasiyada olduqları üçün imtahanda iştirak edə bilməmişlər.
Yekun attestasiya imtahanına 15 ixtisas üzrə 52 həkim-rezident buraxılmışdır. Rezidentlərimiz həm yazılı mərhələdən, həm də şifahi mərhələdən müvəffəqiyyətlə keçərək həkim-mütəxəssis adına yiyələnmişlər.
III məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, tədris ilinin 1-ci yarısı üçün planlaşdırılmış treninqlərin keçirilməsi həkim-müdavimlərin praktikada istifadə edilən tibbi metod və üsulların daha yaxşı mənimsəməsi üçün çox vacibdir və kafedralar onların başa çatması üçün fəaliyyət göstərməlidirlər. Eyni zamanda prorektor 2023-cü il ərzində icra olunacaq Dövlət Proqramları haqqında da məlumat verərək onların icrası yolları barədə danışdı. Göstərildi ki, institut əməkdaşları aşağıdakı Dövlət Proqramlarının həyata keçirilməsində iştirak edirlər:

1. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın sona çatması (1 kafedra).
2. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın sona çatması (1 kafedra).
3. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın, “Məişət zorakılığının qarşısının alınması sahəsində birgə Tədbirlər Planı” (7 kafedra).
4. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı (2 kafedra).
5. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasının təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyinin 10.03.2021-ci il tarixli 17 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planı (2 kafedra).
6. Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası (AR Prezidentinin Sərəncamı) - (3 kafedra).
IV məsələ üzrə rektor professor Nazim Qasımov çıxış edib bildirdi ki, 2023-cü il Ümummilli lider Heydər Əliyevin və görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilidir. Bütün ölkədə olduğu kimi institut əməkdaşları bu yubileylərlə bağlı ictimai-siyasi tədbirlərdə yaxından iştirak edəcəklər. İnstitutda hər iki yubileyə həsr olunmuş elmi-praktik beynəlxalq konfransların keçirilməsi planlaşdırılır. Sonra rektor konfranslara hazırlıqla əlaqədar aparılan işlərdən danışdı və verilən sərəncamları Şura üzvlərinin nəzərinə çatdırdı.
Elmi şuranın gündəliyinin digər məsələləri professor və dosent elmi adlarının verilməsi və şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri vəzifəsinə seçki olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX