Ə.Əliyev adına ADHTİ-da Türkdilli Ölkələr İctimai Birliyinin Tibb üzrə nümayəndə heyəti ilə görüş olmuşdur

25.11.2022

25 noyabr 2022-ci il tarixində Türkdilli Ölkələr İctimai Birliyinin Tibb üzrə nümayəndə heyəti Bakıda səfərdə olmuşdur.Nümayəndə heyətinə Sağlamlıq Elmləri Universitetinin İbn Sina Tibb Fakültəsinin dekan yardımçısı, klinik psixologiya kafedrasının rəhbəri dosent Aynur Feyzioğlu, Türk Dünyası Dağınıq Skleroz üzrə Araştırmaları Dəstəkləmə dərnəyinin başkan yardımçısı professor Şeref Demirkaya daxil idilər.Qonaqlar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rektor professor Nazim Qasımov, tədris işləri üzrə prorektor dosent Təyyar Eyvazov və institutun nevrologiya və klinik neyrofizologiya kafedrasının müdiri professor Rəna Şirəliyeva ilə görüş keçirmişlər.Görüşün məqsədi Türkiyə və Azərbaycan arasında tibbi tədris prosesində tələbə və rezidentlərin mübadilə proqramının təşkil edilməsi, gələn ildən həkimlərin bilik və bacarıqlarını təkmilləşdirmək üçün təşkil olunacaq beynəlxalq kongreslərə birgə təşkilatçılıq etmək məsələləri olmuşdur. Bu müzakirə nəticəsində hər il Türkiyədə keçirilən Beynəlxalq Türk dünyası Dağınıq Skleroz Konqresinin növbəti 5-ci toplantısının Bakıda keçirilməsi qərara alınmışdır. İnstitutun nevrologiya və klinik neyrofizologiya kafedrasının müdiri professor Rəna Şirəliyeva planlaşdırılan bu tədbirin ölkəmizin həkimləri üçün önəmli olmasından danışmışdır.Sağlamlıq Elmləri Universitetinin nevrologiya üzrə mütəxəssisi, professor Şərəf Dəmirkaya görüşdə artıq dörd ildir keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi barədə məlumat verərək bu tədbirin məqsədinin Türkiyə və türkdilli ölkələrdə dağınıq skleroz sahəsində çalışan mütəxəssislərin arasında bilgi mübadiləsinin təşkil etməkdən ibarət olduğunu bildirmişdir. Professor Ş.Demirkaya ilk Konqresin 2019-cu ildə Ankarada keçirildiyini, sonradan tədbirə dost və qardaş ölkələrdəki məsləkdaşları tərəfindən böyük diqqət yarandığını nəzərə alaraq növbəti illərdə tədbirin hər dəfə başqa bir ölkədə keçirilməsinin qərara alındığını nəzərə çatdırdı.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçdi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX