“Pediatriyanın aktual problemləri” XII Beynəlxalq Elmi-praktiki Konqres keçirildi

14.10.2022

2022-ci il 11-13 oktyabr tarixində Azərbaycan Tibb Universitetində “Pediatriyanın aktual problemləri” mövzusunda XII Beynəlxalq Elmi-praktiki Konqres keçirilmişdir. Konqresdə zoomla qoşulan 90-a yaxın iştirakçı və əyani 200-dən cox nümayəndə iştirak etmişdir.Azərbaycan, Türkiyə, Rusiyadan olan mütəxəssislər klinik pediatriyanın aktual problemlərinə, uşaqlarda baş verən ölüm hallarının azaldılması üçün istifadə olunan müasir müalicə üsullarına və profilaktik tədbirlərə həsr olunmuş məruzələrlə çıxış etmişlər.
Konqresin açılışında çixiş edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri professor Hicran Hüseynova, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov,tədbirə onlayn qoşulan Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti professor Ənvər Həsənoğlu, Beynəlxalq Pediatriya Assosiasiyasının seçilmiş prezidenti, Uşaq Sağlamlıq Fondunun sədri professor Navin Teker və Avropa Pediatriya Assosiasiyasının prezidenti professor Massimo Pettoello Mantovani konqresin işini yüksək qiymətləndirərək, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildirdilər.
Konqresin yenidoğulmuşların sağlamlığı və uşaq inkişafına həsr edilmiş sessiyasında Ankara Universitetinin inkişaf pediatriyası kafedrasından professor İlgi Ertem zoom vasitəsilə konqresdə çıxış etmiş və bildirmişdir ki, 2014-cü ildən başalyaraq UNİCEF-in dəstəyilə müəllifi olduğu “Erkən Uşaqların Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərlik”(İDİR) Azərbaycanda tətbiq edilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının əməkdaşları da bu tədbirlərdə aktiv iştirak edirlər. Kafedranın dosenti Mətanət Qaraxanova çıxışı zamanı professor İlgi Ertemlə onlayn əlaqə quraraq institutda keçirilən təkmilləşdirmə kurslarında İDİR müddəalarının izah edilməsi, tətbiqinə dair işlər və bu işlərin ilkin səhiyyə tibb işçilərinə əlçatanlığını təmin etmək üçün aparılan fəaliyyət haqqında məlumat vermişdir.
Konqresdə Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Uşaqlarda kəskin bronxit zamanı mukolitik terapiya nə dərəcədə məqsədə uyğundur?" və "Mikrobiotanın balansı pozulanda nələr baş verir?" mövzusunda iki məruzə, kafedranın baş laborantı Səidə Əliyeva “Uşaqlarda uronefroloji xəstəliklər zamanı hematuriyanın differensial diaqnostikası”, kafedrasının dissertantı Rəhilə Əsgərova “Azərbaycanda erkən yaşlı uşaqlarda inkişaf çətinliklərinin aşkarlanması və risk amillərinin müəyyən edilməsi” adlı təqdimatları ilə çıxış etdilər. Məruzələr pediatrlar tərəfindən maraqla qarşılanmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX