Əməkdaşımız UEG WEEK 2022 konqresində iştirak etmişdir 13.10.2022
8-11 oktyabr 2022-ci il tarixində Avstriyanın Vyana şəhərində 30-cu United European Gastroenterology (UEG) Week 2022 konqresi keçirilmişdir. Bu konqres Avropa qastroenterolgiya cəmiyyətinin rəsmi tədbiri olduğuna baxmayaraq artıq uzun illərdir ki, bütün dunya qastroenteroloqlarının əsas elmi toplantısına çevrilmişdir. Bu ilki konqresdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva 2 elmi-tədqiqat işinin nəticələri ilə təmsil etmişdir.
“İssues of herpesvirus lesions in patients with Helicobacter Pylori” adlı elmi-tədqiqat işinin ilkin nəticələrinin təqdimatı 9 oktyabr 2022-ci il tarixində kecirilmişdir. Elmi müzakirə panelinin sədri professor Francis Megraud “Management of Helicobacter pylori infection: the Maastricht I-VI” konsensuslarının həmmüəlifidir və Gülüstan Babayevanın təqdim etdiyi məlumat onda və elmi komitənin diqər üzvlərində böyük maraq doğurmuşdur.
Diqər elmi-tədqiqat işinin nəticəsi (“Influence of celiac disease on the course of inflammatory bowel disease”) 10 oktyabr 2022-ci ildə təqdim edilmiş və müzakirə olunmuşdur.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|