Ə.Əliyev adına ADHTİ-da ÜST Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirildi

05.10.2022

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariyaya yerli yoluxmanın kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti oktyabrın 3-dən 14-dək Azərbaycanda işgüzar səfərdədir.Onlar malyariyaya qarşı mübarizədə iştirak edən alimlərlə görüşəcək, elmi müəssisələr və təşkilatlarla yaxından tanış olacaq, hərtərəfli araşdırmalar həyata keçirəcəklər. Qiymətləndirmə Missiyasının malyariyaya nəzarət sisteminin ayrı-ayrı komponentləri ilə iki həftəlik işinin nəticəsi olaraq ÜST tərəfindən Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir.
Oktyabrın 5-də həmin nümayəndə heyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda oldular.İnstitutun prorektoru dosent Təyyar Eyvazov qonaqları salamlayaraq onlara institutun tarixi və fəaliyyəti barədə, həmçinin yolxucu xəstəliklər kafedrasının ölkəmizdə infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasında gördüyü işlər haqqında geniş məlumat verdi. Prorektor çıxışında ölkəmizdə malyariya xəstəliyinin qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində aparılan işləri diqqətə çatdırdı və bildirdi ki, Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmamışdır.
Görüşdə iştirak edən mikrobiologiya və epidemiologiya kafedrasının müdiri dosent Nigar Mütəlibova öz çıxışında ölkəmizdə malyariya xəstəliyinə qarşı aparılan mübarizədən, Azərbaycan hökumətinin bu mübarizəyə verdiyi dəstəkdən, kafedrada aparılan tədris prosesindən məlumat verdi.
Sonda qrup üzvlərini maraqlandıran suallara ətraflı şəkildə cavab verildi. Ölkə mütəxəssislərimizin bu sahədə gördüyü işlər qonaqlar tərəfindən maraqla qarşılandı.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX