27 sentyabr 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. 2022 /2023-cü tədris ilində qarşıda duran vəzifələr.
2. Yubiley təbrikləri.
3. Ailə təbabəti kafedrası üzrə t.e.d. E.Hətəmzadəyə dosent elmi adının verilməsi.
4. Ümumi və plastik cərrahiyyə kafedrası üzrə t.e.d. S.Hüseynova dosent elmi adının verilməsi.
5. Klinik laborator diaqnostika kafedrasının müdiri vəzifəsinə seçki.
6. Pediatriya kafedrasının müdiri vəzifəsinə seçki.
İslasın başlanğıcında Anım Günü ilə əlaqədar Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
I məsələ üzrə institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, mövcud olduğu illər ərzində Ə.Əliyev adına ADHTİ təkcə Azərbaycanda deyil, bütün regionda tanınmış ali təhsil ocağı kimi tanınmışdır. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. Bu gün də səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığının təmin edilməsi və bu işin mütəmadi olaraq aparılaraq institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsi və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinin təmin olunması ən vacib məsələlərdəndir. Bunun üçün diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar aparmaq, təhsilin yeni forma və metodlarını praktikaya daxil etmək lazımdır.
Kurslarda tədrisin keyfiyyətinin yüksəldilməsi yollarından biri həkimlər tərəfindən müxtəlif tibbi ədəbiyyat materiallarının, yeni informasiyaların müdavimlərə çatdırılmasıdır. Bu məqsədlə institutun elektron kitabxanasının fondunda olan müasir tibbi ədəbiyyat və müxtəlif dillərdə nəşr olunan xarici jurnallar və s. istifadə etmək lazımdır. Eyni zamanda institutun elektron saytında xüsusi tibbi məlumat arxivindən də yararlanmaq olar. Məlumat arxivində müəllimlərin bütün ixtisaslar üzrə mühazirələrinin prezentasiya variantları, kafedraların nəşr etdikləri tədris vəsaitləri, aktual mövzulu, institutda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalələr, milli və xarici klinik protokollar, elektron kitablar və s. yerləşdirilmişdir. Tibb mütəxəssisləri institutun web saytına girməklə bu məlumatları asanlıqla əldə edə bilərlər. Peşəkar tibbi informasiyanın bu cür çeşidlənməsi və tibb ictimaiyyətinə təqdim olunması ümumilikdə həkimlərin peşə hazırlığının yüksəldilməsinə xidmət edir və son nəticədə əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Məqsədə çatmaq üçün Ə.Əliyev adına ADHTİ-nin beynəlxalaq əlaqələrindən də istifadə etmək lazımdır. Bildiyiniz kimi Türkiyə, Avstriya, Rusiya, Belorusiya, Qazaxıstan və Özbəkistannın aparıcı tibb təhsili müəssisələri ilə bağladığımız müqavilələrdə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların apaılması, onalrın nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostikanın, profiaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulmuşdur. Eyni zamanda gənc mütəxəssislərin də təhsilinə önəm verilməlidir. Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarına rotasiya kurslarına göndərilməsi ənənəsi davam etdirilməlidir. İndiyənə qədər institutun onlarla rezidenti Almaniya, Cənubi Koreya, Türkiyə, Belarusiya və Rusiyanın müxtəlif nüfuzlu tibb təhsili müəssisələrində bu kurslardan keçmişdir. Məlumdur ki, institut rəhbərliyi rezident və əməkdaşlarımızın xaricdə təhsil alması istəyini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir. Kafedralardan bu istiqamətdə daha aktiv təkliflər gəzləyirik.
Çıxışının sonunda rektor bir daha qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tam yaradıcılıq gücü ilə ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibbi yardımın göstərilməsinə çalışmış və çalışacaqdır.
Sonra rektor otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov və psixiatriya və narkologiya kafedrasının müdiri professor Teymur Qafarovu 70 illik yubiley münasibətilə təbtik etdi,onlara işlərində yeni müvəffəqiyyətlər arzuladı. Hər iki yubilyar göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Elmi şuranın gündəliyinin digər məsələləri dosent elmi adlarının verilməsi və klinik laborator diaqnostika, pediatriya kafedralarının müdiri vəzifələrinə seçki olmuşdur.Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.