ÜST-nin Qiymətləndirmə Missiyası ilə Ə.Əliyev adına ADHTİ-da görüş keçirildi

21.09.2022

Sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş keçirilmişdir.
Qonaqları salamlayan institutun rektoru professor Nazim Qasımov qeyd etmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə olan qarşılıqlı əməkdaşlıq şəraitində ölkəmizdə mühüm işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir. Təşkilatın Azərbaycan üzrə nümayəndəliyi respublikamızda səhiyyənin təkmilləşdirilməsi işində Səhiyyə Nazirliyi və yerli icra strukturları ilə birgə fəaliyyət göstərmişdir. Görüşdə ÜST-nin Avropa ofisi və Azərbaycan üzrə nümayəndəliyinin səhiyyədə insan resursları , ilkin səhiyyə xidməti , tibb bacısı siyasəti və xəstəxanalar istiqamətində gördüyü işlər haqqında fikir mübadiləsi aparılmışdır.
Qonaqlar institutda aparılan tədris,elmi və kliniki işlərlə yaxından tanış olmuş,tədris bazasının fəaliyyətini izləmişlər. ÜST-nin Qiymətləndirmə Missiyası ölkəmizin başqa aparıcı tədris və müalicə müəsssisələri ilə də tanış olacaqdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX