2022/2023-cü TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA
QƏBUL OLUNANLARIN
N Ə Z Ə R İ N Ə!
2022/2023-cü tədris ili üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura səviyyəsinə qəbul olmuş şəxslər
portal.edu.az platformasında qeydiyatdan keçdikdən sonra 09.09.2022-ci il tarixindən 12.09.2022-ci il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədlərin əslini və surətini
qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;
- əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
- xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
- xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Tarix və ünvan:
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər 12 sentyabr saat 10:00-15:00 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsi (Ünvan: Bakı ş., Müzəffər Həsənov 35)
12 sentyabr
10:00 -12:30
|
Anesteziologiya-reanimatologiya
Ümumi cərrahiyyə
Plastik cərrahiyyə
Otorinolarinqologiya
Travmatologiya-ortopediya
Onkologiya
Urologiya
Oftalmologiya
|
12 sentyabr
12:30 - 13:00
|
Şüa diaqnostikası
Sosial gigiyena və səhiyyənin təşkili
Gigiyena
Tibbi mikrobiologiya
Epidemiologiya
Laboratoriya işi
Mamalıq-ginekologiya
Yoluxucu xəstəliklər
Psixiatriya
Daxili xəstəliklər
|
12 sentyabr
13:00 - 15:00
|
Nevrologiya
Kardiologiya
Nefrologiya
Hematologiya
Dermatovenerologiya
Endokrinologiya
Narkologiya
Ftiziatriya
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
Pediatriya
Ailə təbabəti
|