Əməkdaşlarımız “UTEK’22- XII Beynəlxalq Tibb Təhsili Konqresi”ndə iştirak etmişlər

25.05.2022

19-22 may 2022-ci il tarixində Türkiyyənin Samsun şəhərində 19 Mayıs Universiteti Tibb Fakültəsinin ev sahibliyi ilə “UTEK’22- XII Beynəlxalq Tibb Təhsili Konqresi” keçirilmişdir. Konqresin məqsədi tibb və səhiyyə təhsili sahəsində çalışanları bir araya gətirməkdir. Bu il konqresdə Tibb Təhsilində Transformasiya və Liderlik mövzusunun prioritet olması ilə panellər, şifahi və poster təqdimatlarını dinləmək, tibb təhsili ilə bağlı müzakirələr və təcrübə mübadiləsi aparmaq imkanları təşkil edilmişdir. Bununla yanaşı beynəlxalq ekspertlərin onlayn təqdimatlarını dinləmək imkanı da yaradılmışdır. Konqresdən əvvəl iştirakçılara əsas təhsil sahələri üzrə bilik və təcrübələrini artırmaq imkanı verən kurslar təşkil olunmuşdur.
ÜST-n Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə konqresdə Azərbaycan tibb təhsil müəssisələrindən (ATU, ADHTİ, 2 saylı Bakı Baza Tibb Koleci, 1 saylı Tibb Koleci, Gəncə Tibb Koleci, Azərbaycan Tibbi Profilaktika İnstitutu) 35 nəfər nümayəndə iştirak etmişdir. Konqresin 2-ci gününün 2-ci sessiyasında ÜST-n Azərbaycan Nümayəndəliyinin başçısı xanım Hande Harmançının rəhbərliyi altında azərbaycanlı mütəxəssislər Azərbaycanda tibbi təhsilin vəziyyəti, ÜST tərəfindən dəstəklənən COVİD-19-la mübarizəyə yönnəldilən “Proact-training”, Şamaxıda həyata keçirilən “Proact-Care” layihələri və ölkədə gələcəkdə müxtəlif fəaliyyətlərlə bağlı təqdimatlarla çıxış etmişlər. Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova təmsil etmişlər.
Konqresdə Tibbi Təhsilin İnkişafı Dərnəyi tərəfindən elmi araşdırmaları həvəsləndirmək məqsədilə müsabiqə də keçirilmişdir.Müsabiqədə iştirak edən və institutumuzun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanovanın da həmmüəllifi olduğu “Azərbaycanda 2020-2021-ci illərdə ÜST-n həyata keçirdiyi COVİD-19-a qarşı tibb işçiləri üçün təlim proqramlarının dəyərlindirilməsi” adlı sözlü posteri “Tibb Təhsilinin İnkişafına Yardım Dərnəyi Mükafatı”na layiq görülmüşdür.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX