05 mart 2022-ci il tarixində “Fairmont Baku” otelində “Ümumdünya Piylənmə ilə Mübarizə Günü”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda ÜST-nin nümayəndələri, ANDOP-un (Nutrisiologiya, Diyetologiya və Piylənmənin profilaktikası Akademiyası) təlimçiləri,Ə.Əliyev adına ADHTİ-nin və ATU-nun əməkdaşları iştirak etmişlər.Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Sədaqət Sultanova “Piylənmə, prediabet və şəkərli diabet” mövzusu ilə çıxış etmişdir. Məruzə piylənmə, prediabet və şəkərli diabetin geniş yayılması və sürətlə artması məsələlərinə həsr olunmuş idi. S.Sultanova kafedrada “Prediabetin skrininqi, diaqnostik meyarları və idarə olunması”na dair apardıqları elmi-tədqiqat işləri haqqında ətraflı məlumat vermiş, prediabetin skrininqi məqsədi ilə hazırlanan yeni sorğu anketini və müəyyən olunmuş diaqnostik meyarları təqdim etmişdir.