“Daxili xəstəliklər üzrə dialoqlar” adlı beynəlxalq konfrans keçirilmişdir

26.02.2022

25 fevral 2022-ci il tarixində Azərbaycan Tibb Universiteti və Rusiya Elmi-Tibbi Terapevtlər Cəmiyyəti ilə birgə təşkil edilmiş “Daxili xəstəliklər üzrə dialoqlar” adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Elmi-Tibbi Terapevtlər Cəmiyyətinin sədri Anatoli Martınov və digər alimlər çıxış etmişlər. Tədbirdə COVİD 19 infeksiyası və komorbid hallar, osteoartrit, vərəm, arterial hipertenziya, kardiomiopatiyalar və s. xəstəliklər haqqında ətraflı mühazirələr təqdim olunmuşdur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadə “Prediabet: problemlər və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Çıxışda V.Mirzəzadə prediabetin skrininqi, diaqnostikası və müalicəsinə dair kafedrada aparılan tədqiqatlar haqqında geniş məlumatlar vermişdir. Tədbirdə həmçinin terapiya kafedrasının dosenti Sədaqət Sultanova, kafedranın assistenti Aygün Hüseynova, kafedranın baş laborantları Sevil İsmayılova və Aygün Əliyeva da iştirak etmişlər.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX