Ə.Əliyev adına ADHTİ müdavimləri üçün AMSEC Təlim və Simulyasiya Mərkəzində təlimlər davam edir

22.02.2022

Xəbər verildiyi kimi Ə.Əliyev adına ADHTİ-də peşə hazırlığı kursu keçən həkimlər üçün İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərkibində fəaliyyət göstərən AMSEC (Azerbaijan Medical Simulation Education Center) Təlim və Simulyasiya Mərkəzi tərəfindən təşkil edilən Təməl Həyat Dəstəyi (THD; BLS-Basic Life Support) adlı təlimlər keçirilməyə başlanmışdır. Keçən həftə növbəti belə bir təlim pediatrlar üçün baş tutmuşdur.
İlk olaraq iştirakçılar arasında onların THD-nə dair bilik səviyyələrini qiymətləndirmək məqsədilə pretest keçirilmişdir. Sonra isə təlim iştirakçılarına zərərçəkənə ilk yardımın həyata keçirilməsinə dair (eyni zamanda COVİD-19 pandemiyası şəraitində davranışı nəzərə alaraq) geniş məlumatlar-zərərçəkənə yanaşmaq, təhlükəsizliyi təmin etmək, tibbi yardımı çağırmaq, ürək-ağciyər canlandırılmasına dair alqoritmin həyata keçirilməsi və s. təqdim edilmişdir. Bu məlumatlar iştirakçılara maneken üzərində cihazlar vasitəsilə nümayiş olunmuşdur. Bu zaman müdavimlərə manekenlər üzərində sərbəst çalışmaq imkanı da yaradılmışdır. Xüsusi texniki avadanlıqlar vasitəsilə iştirakçıların yerinə yetirdiyi tapşırıqlar təlimçilər tərəfindən qiymətləndirilirdi. Sonda isə həkimlər arasında posttest keçirilmiş və onlara müvafiq sertifikatlar verilmişdir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX