“Dərin dəniz özülündə qazma işləri zamanı əməyin mühafizəsi və təhlükəsizliyi” mövzusunda təlim başlanmışdır

21.02.2022

21 fevral 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun gigiyena kafedrasında “Əmək gigiyenası” kursuna aid olan “Dərin dəniz özülündə qazma işləri zamanı əməyin mühafizəsi və təhlükəsizliyi” mövzusunda təlim başlanmışdır. Kursun məqsədi neft və qazçıxarma müəssisələri arasında yüksək təhlükəli obyekt kimi dəyərləndirilən dərin dəniz özüllərində çalışanların əmək şəraiti və onların əməyinin təhlükəsizliyini təmin etmək yolları ilə müdavimləri tanış etməkdir.Bu baxımdan neftçıxarma müəssisəsində gələcəkdə əmələ gələ biləcək hər hansı bir təhlükəli vəziyyət zamanı işçilərin sağlamlığını mühafizə etmək üçün tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi zəruridir.
Təlim Ə.Əliyev adına ADHTİ-nun gigiyena kafedrasının müdiri dosent M.Meybəliyev və baş müəllimi t.ü.f.d. N.İsmayilovanın rəhbərliyi ilə iki həftə davam edəcək və sonda müdavimlərə müvafiq sertifikatlar veriləcəkdir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX