Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının açıq iclası keçirildi

29.12.2022

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 29 mart 2022-ci il tarixli Elmi Şuranın açıq iclasının qərarlarının yerinə yetirilməsi haqqında hesabat.
Məruzəçilər: dos. Z.M.Quliyeva, dos. S.Z.Əliyev, dos. F.M.Axundova

2. 2023-cü ildə institutda keçiriləcək elmi-praktik konfranslara hazırlıq işləri haqqında.

3. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik adları və dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
Sonra rektor institutumuza prorektor vəzifəsinə yeni təyin olunmuş t.e.d. İlqar Həsənovu kollektivə təqdim etdi və ona işlərində müvəffəqiyyətlər arzuladı.
I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva, cərrahiyyə fakültəsinin dekanı dosent Səid Əliyev, tibbi-profilaktika fakültəsinin dekanı t.ü.f.d. Fidan Axundova çıxış edərək keçən dövr ərzində tədrisin keyfiyyətinin qiymətləndirilməsi barədə fakultələrin hesabatlarını təqdim etdilər. Dekanlar təsdiq olunmuş formalar üzrə hər bir kafedranın hesabatını verdilər. Kursun əvvəlində və sonunda keçirilən test yoxlamalarının, müdavimlərin tədris prosesini anonim qiymətləndirməsinin nəticələri üzərində xüsusi analiz aparıldı. Əldə olunmuş yekun nəticələr iclas iştirakçılarının nəzərinə çatdırıldı. Eyni zamanda tədris prosesinin təkmilləşdirilməsi üçün müdavimlər tərəfindən verilən təkliflər də iclasda səsləndirildi.
Bu məsələ üzrə institutun prorektoru dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, tədris prosesinin obyektiv qiymətləndirilməsi üçün aparılan işlər daha da genişləndiriləcək və kursa gələn müdavimlərin daha dərin biliklər əldə etməsi hesabına müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlarin yetişdirilməsi prosesi də təkmilləşəcəkdir. Rektorun tapşırığına əsasən müdavimlərin tədris prosesinin anonim qiymətləndirməsinin nəticələri xüsusi yaradılmış qrup tərəfindən aparılır və bu məqsədlə institutun rəsmi saytında da xüsusi bölmə yaradılmışdır.
Yekunda institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər. Keçirilən dərslərin qiymətləndirilməsi üçün təsdiq olunmuş hesabat formaları təkmilləşdirilməli, müdavimlərin dərsləri qiymətləndirməsi prosesi tam anonim olmalıdır.
II məsələ üzrə institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, 2023-cü il xalqımızın fəxri olan şəxsiyyətlər Heydər Əliyevin 100 illik, Əziz Əliyevin 125 illik, Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilidir. Bu yubileylərə ölkəmizdə çox saylı tədbirlər həsr olunacaq və həyata keçiriləcəkdir. Xüsusilə bu ilin Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan olunması həmin tədbirlərə daha çox məsuliyyətlə yanaşmağı tələb edir. İnstitutumuzda da belə tədbirlər silsiləsi planlaşdırılmışdır. 2023-cü ildə hər bir şəxsiyyətə, onların döğum günlərinə yaxın müddətdə, həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir. Konfranslara xaricdə çalışan elm adamlarının da dəvət olunduqlarını nəzərə alaraq onların beynəlxalq statusda keçiriləcəyi qərara alınmışdır. Sonra rektor həmin konfranslara hazırlıq işləri haqqında danışmış,bəzi məsələlərlə əlaqədar tapşırıqlar vermişdir. Sonda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX