Əməkdaşlar üçün “Təlimçilər üçün təlim” adlı növbəti kurs keçirildi

24.12.2022

Azərbaycanda 2021-ci ildən başlayaraq ÜST Azərbaycan nümayəndəliyi tərəfindən tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və yerli mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam edir. Həmin tədbirlər çərçivəsində 15.12.2022-23.12.2022-ci il tarixində Ə.Əliyev adına ADHTİ-də kafedraların əməkdaşları üçün “Təlimçilər üçün təlim” adlı növbəti kurs təşkil olunmuşdur.
Bu təlimin məqsədi iştirakçıları institutun tədris fəaliyyətində istifadə etmək üçün yeni yanaşmalara, metodikaların tədbiq edilməsinə öyrətməkdir.
Türkiyədən dəvət olunmuş mütəxəssislər ilə yanaşı tədbirə institutumuzun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və baş laborantı Məsmə Ağayeva, stomatologiya kafedrasının baş laborantı Pərvanə Əhədova, əczaçılıq kafedrasının baş laborantı Nurlanə Hacılı, mikrobiologiya və epidemiologiya kafedrasının assistenti Sahib Kərimov klinik təlimçi kimi cəlb olunmuşdular. Təlimdə nevrologiya və klinik neyrofiziologiya, dəri-zöhrəvi xəstəlikləri, ailə təbabəti, mamalıq və ginekologiya, şüa diaqnostikası, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedralarının, METL-nın əməkdaşları iştirak etmişlər.
Keçirilən təlimdə iştirakçılara tədris proqramının işlənməsi, bacarıq təlimlərinin təşkili, öyrənmənin qiymətləndirilməsi , tədris planlarının hazırlanması və istifadə edilən alətlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçılar təlim mövzularına dair praktiki məşğələlər də aparmışlar. İştirakçılar təlimdə əldə etdikləri bilik və bacarıqlarını öz tədris planlarının hazırlanması zamanı nümayiş etdirmişlər. Hər bir iştirakçının plana uyğun həyata keçirdiyi təqdimatların video çəkilişi təşkil edilmişdir. Kursun son günündə bu video çəkilişlərə həm təlimatçılar, həm də iştirakçılar baxaraq onları qiymətləndirmişlər.
Sonda iştirakçılar çıxış edərək bu təlimin institutun tədris prossesinin yenilənməsinə kömək edəcəklərini bildirmişlər.Yekun olaraq təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuşdur.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX