Əməkdaşımız "Erkən qidalanmanın uzunmüddətli proqramlaşdırma təsiri" seminarında çıxış etmişdir
14.01.2022
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva poliklinika, xəstəxana və özəl tibb müəssisələrində çalışan 80 nəfər pediatrların iştirakı ilə keçirilən "Erkən qidalanmanın uzunmüddətli proqramlaşdırma təsiri" mövzusunda seminarda çıxış etmişdir.
Çıxışda qidalanma ilə bağlı istifadə edilən "proqramlaşdırma" termininə anlayış gətirilmiş, bu istiqamətdə aparılan tədqiqatlar açıqlanmış, uşağın ana bətnində qidalanmasının onun sonrakı uzunmüddətli sağlamlığına təsiri bildirilmişdir.
Eyni zamanda körpəlikdə ideal qida olaraq ana südünün tərkibinin - kök hüceyrələr, oliqosaxaridlər və s. komponentlərinin uşağa təsiri haqqında da məlumat verilmiş, uşağın ilk 2 yaşında sürətli yığılan çəkinin gələcək üçün təsirləri də göstərilmiş, pediatrların kiçik yaşlı uşaqlarda sağlam qidalanma nümunələrinin formalaşmasında mühüm rolu vurğulanmışdır.