Qastroenterologiya kursunda müdavimlər müasir müayinə metodları ilə tanış olurlar

30.12.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında keçirilən Qastroenterologiya (modul 3-4) ixtisasartırma kursunda Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika və Müalicə şöbəsindən dəvət olunmuş doktor Günay Əsədova “Seliakiya (Qlüten enteropatiyası) xəstəliyinə müasir yanaşma, diaqnostikası, müalicəsi” mövzusunda mühazirə ilə çıxış etmiş, praktikadan bir neçə klinik hal təqdim etmişdir. Eyni zamanda həmin kursda Bona Dea İnternational Hospitaldan dəvət olunmuş qastroenteroloq Ruslan Məmmədov da “Pankreas xəstəliklərində endoskopik ultrasonoqrafiya (EUS) müayinəsinin üstünlükləri, EUS müayinəsi zamanı pankreas törəmələrinin diaqnostikası və incə iynə aspirasiyası (İİA) ilə biopsiyaların götürülməsi” mövzusunda, Bakı Patalogiya Mərkəzindən dəvət olunmuş patohistoloq Camal Musayev “Pankreas xərçənglərinin diferensasiyası, morfoloji görüntüləri, pakreas biopsiyalarının dəyərləndirilməsi, iltihabi bağırsaq xəstəliklərinin morfoloji diferensasiyası, bağırsaq poliplərinin morfoloji dəyərləndirilməsi” mövzusunda mühazirələr ilə çıxış etmişlər. Bunlarla yanaşı Olympus şikətinin Azərbaycan nümayəndəsi doktor Eldar Bayramlının “Endoskopik müayinələrdə istifadə olunan elektrik enerjisinin əsas prinsipləri” mövzusunda treninqi də keçirilmişdir. Treninq zamanı həkimlər Olympus şirkətinin müasir koaqulyasiya cihazı və onun üstünlükləriylə yaxından tanış olmuşlar. Koaqulyasiya cihazının praktikada tətbiq edilməsi də baş tutmuşdur. Çıxışlar və treninq həkimlər tərəfindən böyük maraqla qarşılanmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX