Əməkdaşlarımız Misir Gastro-Hepato Onkoloji Sammitinin 4-cü Konfransında içtirak etmişlər
30.12.2021
Misirin İsgəndəriyyə şəhərində təşkil olunmuş onlayn Misir Gastro-Hepato Onkoloji Sammitinin 4-cü Konfransında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasın dosenti Gülüstan Babayeva, kafedranın dissertantı Emin Məmmədov və rezident Ayçin Həsənova məruzələrlə cıxış etmişlər. Konfrasa ondan çox ölkə nümayəndələri maraqlı çıxışlarla, klinikalardan birbaşa bağlantı ilə maraqlı endoskopik prosedurlar nümayiş etdirməklə, simulyatorlar üzərində müxtəlif treninqlər göstərməklə qoşulmuşlar. G.H.Babayeva və A.İ.Həsənovanın birqə təqdim etdikləri məruzə “Bağırsağın iltihabi xəstəlikləri zamanı maliqnizasiyalar”(“İBD and cancer from common problems till special”), E.E.Məmmədovun çıxışı isə “H.pylori və mədə xərcənqi” (“H.Pylori and gastric cancer”) mövzusunda olmuşdur. Çıxışlar konfrans iştirakcıları tərəfindən böyük maraqla qarşılanmışdır.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.