«Tibbi kosmetologiya» kursunda tədris müvəffəqiyyətlə davam edir

24.12.2021

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyası birgə Respublika Diaqnostika Mərkəzinin bazasında Azərbaycanda ilk dəfə olaraq keçirdikləri «Tibbi kosmetologiya» ixtisası üzrə 6 aylıq yenidən hazırlıq kursu müvəffəqiyyətlə davam edir. Kursun məqsədi «Tibbi kosmetologiya» ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır.
Bu həftə Bakıya ezam olunmuş Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının dermatovenerologiya və kosmetologiya kafedrasının professoru, Avropa Dermatovenerologiya Akademiyasının və Avropa Saç Tədqiqatları Cəmiyyətinin üzvü Yuliya Albertovna Qalyamova və həmin kafedranın dosenti Tatyana Aleksandrovna Sısoyeva Respublika Diaqnostika Mərkəzində seminar aparmış, praktiki məşğələlər keçmişlər. Kurs müddətində dəri kosmetalogiyası məsələləri araşdırılmış, müxtəlif qeyri-invaziv və invaziv müalicə prosedurlarının aparılması bacarığı öyrədilmişdir. Eyni zamanda həmin bölmə üzrə imtahan da keçirilmiş, müdavimlərin bilik və bacarıqları qiymətləndirilmişdir. Kurs davam edir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX