Əməkdaşımız seminarda çıxış etmişdir

12.12.2021

Bakı Sağlamlıq Mərkəzində “Vərəm xəstəliyinin əhali arasında geniş yayılmasının qarşısının alınması, xəstəliyin erkən aşkarlanması və xəstələrin müayinəyə cəlb olunması” mövzusunda seminar keçirilmişdir. Həmin seminarda Bakı şəhərinin 83 tibb müəssisəsinin əməkdaşları iştirak etmişlər. Tədbirdə Respublikanın baş ftiziatrı, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunun ftiziatriya kafedrasının porfessoru Yavər Şıxəliyev “Vərəm xəstəliyinin erkən aşkarlanması metodlarının müasir aspektləri” mövzusunda çıxış etmişdir. Çıxışda vərəmin aktiv və passiv aşkarlanma metodları, uşaq və yeniyetmələr arasında immunodiaqnostikanın rolu haqqında məlumat verilmiş, kliniki müşahidələrin illustrasiyaları slaydlarla təqdim olunmuşdur.Eyni zamanda passiv aşkarlanmada sürrətləndirilmiş molekulyar genetik metod “GeneXpert MBT RİF”-lə yanaşı sadə mikroskopiya metodlarının da epidemioloji rolu izah edilmişdir. Aktiv aşkarlanmada isə müasir rəqəmsal mobil flüoroqraf aparatlarının effektli işləməsi üçün risk qruplarının seçilmə taktikası və onların müayinəyə cəlb olunması məsələləri araşdırılmışdır. İlkin xəstələrin dispanser qeydiyyatı, effektli müalicənin əsas şərtləri haqqında da məlumat verilmişdir.Sonda yaranmış suallar cavablandırılmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX