Əməkdaşlarımız Beynəlxalq Diabet Federasiyasının virtual konqresində iştirak etdilər
12.12.2021
Ə.Əliyeva adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında kafedra müdiri t.e.d. V.A.Mirzəzadənin rəhbərliyi altında şəkərli diabet və prediabetin skrininqi, diaqnostikası və idarə olunmasına dair elmi-tədqiqat işi aparılır. Həmin tədqiqaın nəticələri haqqında hazırlanmış tezis Beynəlxalq Diabet Federasiyasının 2021-ci il virtual konqresində çap olunmaq üçün qəbul olunmuş və iştirakçılar konqresdə iştirak etmək üçün dəvət almışlar. “Estimated fasting glucose as an Index for Diabetes and Prediabetes Screening” adlı tezisin müəllifləri terapiya kafedrasının müdiri Valeh Mirzəzadə, dosent Sədaqət Sultanova, baş laborant Aygün Əliyeva, dosent Nərgiz Hüseynova, assistent Aygün Hüseynovadır. Konqres 6-11 dekabr 2021-ci il tarixində onlayn şəkildə baş tutdu və əməkdaşlarımızın təqdimatı böyük marağa səbəb oldu. Poster və video çıxışı təqdim edən Aygün Əliyevaya Beynəlxalq Diabet Federasiyasının sertifikatını qazandı.