Əməkdaşımız Sağlam Gələcək” konfransında çıxış etdi

22.11.2021

20 noyabr 2021-ci il tarixində Bakıda Sağlam Gələcək 2” konfransı baş tutdu. Sağlam Gələcək 1” konfransı 2019-cu ildə keçirilmişdir. Konfrans praktik həkimlərə təcrübə ilə bölüşmək imkanı yaratdı, əlavə olaraq Türkiyədən dəvət olunan məruzəçinin iştirakı isə qonşu ölkədə uşaqlarda COVID-19 infeksiyasının gedişi xüsusiyyətləri, D vitaminin verilməsinə və digər problemlərə yanaşmanı öyrənmək və müqayisə etmək üçün imkanlar yaratdı.
Konfransda 120 nəfər pediatr, neonatoloq və rezident həkimləri iştirak etdi.
Konfransa dəvət olunmuş Türk Milli Pediatriya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Ankara Universitetin Tibb fakültəsinin neonatologiya və pediatriya kafedrasının professoru Ömər Erdeve pandemiya zamanı uşaq problemlərinə toxundu və “COVID-19 pandemiyası dövründə yeni doğulmuş uşaqlar və onların inkişafı” və “Uşaqların qidalanmasında və inkişafında izlənməli olan təməl qaydalar” mövzusunda iki böyük məruzə ilə çıxış etdi.
Ə.Əliyev adina ADHTİ-nun pediatriya kafedrasının dosenti t.ü.f.d. Nigar Hacıyeva “D vitamin haqqında həqiqətlər” mövzusu ilə çıxış etdi və çıxışında D vitaminin tədqiqatlarda yeni aşkarlanan təsirlərinə toxundu və onun uzun müddətli istifadəsinin nəticələri haqqında məlumat verdi.
Sonrakı çıxışçı “Leyla Mediacal Center” xəstəxanasının pediatriya şöbəsinin müdiri Mirzəyev Yalçının təqdim etdiyi “İnək südü protein allergiyası” məruzəsi də maraqla qarşılandı.
Məruzəçilərin çıxışları maraqla izlənildi və mövzular ətrafında diskussiya baş tutdu.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX