Əməkdaşımızın məqaləsi Acta Scientific Gastrointestinal Disorders jurnalında çap olunmuşdur

21.11.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri dosent Fəridə Nəsirovanın “The Role of SPECT/CT in the Detection of Meckel’s Diverticulum” məqaləsi Acta Scientific Journal of Gastrointestinal Disorders jurnalında dərc olunmaq üçün qəbul edilmiş və 2021-ci ilin oktyabr sayında dərc edilmişdir.
Müəllif Milli Onkologiya Mərkəzinin radioizotop şöbəsində texnesium ilə skan edilmiş qarın ağrısı və melena şikayətləri olan 20 uşağın analizini aparmış və belə nəticəyə gəlmişdir ki, qanaxma ilə çətinləşən Mekkel divertikulunun diaqnostikasında "qızıl standart" texnesium izotopundan istifadə edilən sintiqrafiyadır. Mekkel divertikuluna şübhə olan xəstələrin müayinəsi üçün alqoritm də işlənib hazırlanmışdır.

https://www.actascientific.com/ASGIS/pdf/ASGIS-04-0327.pdf



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX