Terapiya kafedrasında “İnvaziv Endoskopik müalicə üsulları” mövzusunda mühazirə oxunmuşdur

29.10.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında keçirilən I-II modul tədris kursunda dəvət olunmuş Koç Üniversitesi Hastanesinin İleri Endoskopi Direktörü Prof.Dr.Fatih Aslan 29 oktyabr 2021-ci ildə qida borusu və mədənin selikli qişa və selikaltı qat törəmələrinin, axalaziya xəstəliyinin diaqnostikası,differensial diaqnostikası və İnvaziv Endoskopik müalicə üsulları (Endoskopik Mukozal Rezeksiya (EMR),Endoskopik Submukozal Disseksiya (ESD),Submukozal Tunel Endoskopik Rezeksiya (STER),Peroral Endoskopik Miotomiya (POEM),Laparoskopik Endoskopik Kombinə Cərrahiyə (LECS) ) haqqında geniş mühazirə ilə çıxış etmişdir.İnvaziv endoskopiya sahəsində olan yeniliklər həkimlər tərəfindən böyük maraqla qarşılanmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX