Azərbaycan Kardiologiya Cəmiyyəti və Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrası birgə konfrans keçirdilər
28.04.2021
Azərbaycan Kardiologiya Cəmiyyətinin “Ürək çatışmazlığı” işçi qrupu ilə və Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrasının “Ürək çatışmazlığının müalicəsində antidiabetik preparatların tətbiqinə dair yeniliklər”, ”Saxlanılmış və orta SMAF ilə ürək çatışmazlığı xəstələrinin müalicəsi” və “Ürək çatışmazlığının və anemiyalı xəstələrin müalicəsində yeniliklər - AFFİRM AHF tədqiqatı” mövzularında onlayn formatda birgə konfransı keçirilmişdir.Konfransda 103 həkim-kardioloq iştirak etmişdir. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş idi.
“Ürək çatışmazlığının müalicəsində antidiabetik preparatların tətbiqinə dair yeniliklər” mövzusu ilə Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrasının müdiri professor Quliyev F.Ə. çıxış edərək bildirdi ki, xəstələtrin 79%-də 3 və daha çox komomorbidlik aşkar olunur və bu göstərici hal-hazırda 87%-dək artmışdır. Hətta yaxşı seçilmiş müalicə fonunda belə ürək çatışmazlığında ölüm yüksək olaraq qalır və yüksək tezlikli hospitalizasiya ilə xarakterzə olunur.Məruzəçi öz çıxışında TITRATION, TRANSİTİON, PİONER-HF, EVALUATE-HF, PROVE-HF, PAROLAX-HF tədqiqatlarını təqdim etdi.
”Saxlanılmış və orta SMAF ilə ürək çatışmazlığı xəstələrinin müalicəsi” mövzusu ilə Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrasının professoru Tofiq Cahangirov çıxış edərək EMPEROR- REDUCED, DAPA-HF, SOLOİST –HF, GALAKTİKOS tədqiqatlarını təqdim etdi.
“Ürək çatışmazlığının və anemiyalı xəstələrin müalicəsində yeniliklər - AFFİRM AHF tədqiqatı” mövzusu ilə Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrasının dosenti Kəmalə Zahidova çıxış edərək bildirdi ki,yenidən diaqnostika olunmuş 12 065 ürək çatışmazlığı olan xəstələrin 17%-də anemiya aşkarlanmışdır. AFFİRM AHF tədqiqatı ilə kəskin ürək çatışmazlığından sonra hospitalizasiya edilən dəmir çatışmazlığı olan xəstələrdə ferrik karboksimaltoz effekti öyrənilmişdir.
Vebinarın sonunda aparılan diskussiyalarda xroniki ürək çatışmazlığı problemləri müzakirə olunmuşdur.