“Şəkərli diabet tip 2 və prediabet zamanı B12 vitamin çatışmazlığı” adlı iş müvəffəqiyyətlə yerinə yetirilmişdir

19.04.2021

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasında kafedra müdiri t.e.d. Valeh Mirzəzadənin rəhbərliyi altında “Şəkərli diabet tip 2 və prediabet zamanı B12 vitamin çatışmazlığı” adlı iş müvəffəqiyyətlə yerinə yetirilmişdir. Aparılan tədqiqata dair hazırlanmış məlumat 17.04.2021-ci il tarixində İsveçrənin Sürix şəhərində keçirilmiş “The 29th İnternational Conference on Diabetes and Endocrinology” konqresində onlayn təqdim olunmuşdur.
B12 vitamin deficiency in Diabetes mellitus type2 and in prediabetes in Azerbaijan adlı təqdimat kafedranın assistenti Aygün Hüseynova tərəfindən olmuşdur. İşin elmi rəhbəri kafedra müdiri t.e.d. Valeh Mirzəzadədir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX